
Bizim haqqımızda
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası (AAK) tərəfindən elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmiş “ADU-nun Elmi Xəbərləri(Humanitar və İctimai elmlər)” jurnalı 1970-ci illərdən fasiləsiz olaraq ildə 4 dəfə nəşr olunmuşdur. Jurnalın redaksiya heyətində beynəlxalq nüfuzlu alimlər yer alıb. Jurnal 2017-ci ildən etibarən elektron formada məqalə qəbul etməyə başlayıb.
"ADU-nun Elmi Xəbərləri(Humanitar və İctimai elmlər)" jurnalında filologiya, pedaqogika və psixologiya aspektlərindən tədqiq olunduğu məqalələrin qəbulu aparılır. Jurnalın əsas məqsədi dilçilik, ədəbiyyat, metodika, pedaqogika, psixologiya üzrə Azərbaycan, rus, ingilis, dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə kimi dərc edərək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir. “ADU-nun Elmi Xəbərləri(Humanitar və İctimai elmlər)” jurnalında qeyd edilən yöndə araşdırma aparan alimlər, dilşünaslar, filosoflar, o cümlədən bu sahəyə marağı olan tələbələr, oxucular və qurumlar üçün nəzərdə tutulub.
“ADU-nun Elmi Xəbərləri(Humanitar və İctimai elmlər)” Jurnalı Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə dörd dəfə nəşr olunur və yayımlanır. Jurnalda dərc olunan məqalələrin müəllif hüquqları yalnız yazı müəllifinə aiddir. Elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalın hər nömrəsində xarici müəlliflərin məqalələri nəşr olunur.
Jurnala orijinal, əvvəllər heç bir yerdə dərc olunmamış və ya nəşr olunmaq üçün təqdim edilməmiş məqalələr qəbul edilir.
Jurnala elmi dərəcəsi olan xarici ölkə və yerli alimlərin, o cümlədən doktorantların məqalələri qəbul edilir.









